12 C
Baku
Wednesday, December 11, 2024

Alfa Sığorta ASC bağlanacaq? – Açıqlama

Son günlərdə bir sıra elektron kütləvi informasiya vasitələrində «Alfa Sığorta» ASC-nin bağlanılması barədə yayılmış güman və ehtimallara əsaslanmış xəbərlər həqiqəti əks etdirmir.

Alfa Sığorta ASC –dən Banker.aza daxil olan məlumata əsasən şirkət həmişəki iş rejimində əhaliyə bütün növ sığorta xidmətləri göstərməklə fəaliyyətini davam etdirir.

Şirkət öz strateji hədəflərinə uyğun olaraq əməliyyat proseslərinin təkmilləşdirilməsi və müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir. Bununla əlaqədar, proseslərin avtomatlaşdırılması, habelə struktur və xərclərin optimallaşdırılması istiqamətində işlər görülür.

Etibarlı maliyyə vəziyyəti və yüksək xidmət səviyyəsi bu gün də «Alfa Sığorta» ASC-nin əsas prioriteti olaraq qalmaqdadır. 2015-ci ilin 1-ci rübünün hesabat göstəriciləri keçmiş illərin analoji dövrləri ilə müqayisədə ən yüksək həddədir və 2014-cü ilin 1-ci rübünün hesabat göstəricilərini 25% üstələyir.

Qeyd etmək lazımdır ki, 100% səhmdarı “Bank Technique” ASC olan “Alfa Sığorta” ASC 1997-ci ildə fəaliyyətə başlamışdır. Sığortanın 33 növü, o cümlədən 30 könüllü, 3 icbari sığorta növü üzrə xidmətlər göstərən “Alfa Sığorta” hal-hazırda Azərbaycanın ən dinamik inkişafda olan sığorta şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər