13 C
Baku
Tuesday, May 14, 2024

Alfred Nobelin tərcümeyi-halı

Afred Bernxard Nobel – isveçli sənayeçi, dinamitin ixtiraçısı, Nobel mükafatının təsisçisidir. Bu alimin şərəfində kimyəvi element -nobeliy, həmçinin Nobel adına fizika-kimya institutu (Stokholmda) və Dnepropetrovskda universitetlərdən biri adlandırılıb.

Uşaqlıq və gənclik

Alfred Nobel 1833-cü ildə 21 oktyabr tarixində dünyaya göz açıb, o, səkkiz uşaqdan üçüncüsü idi. 1842-ci ildə Nobel ailəsi Rusiyaya köçür. Alfredin atası Emmanuel Nobel Rusiya İmperiyasının vətəndaşı idi. Sankt-Peterburqda o, mina və tokar dəzgahları istehsal edən zavodun əsasını qoyur. 1849-cu ildə rusiyalı kimyaçı N.Zininin məsləhəti ilə Emanuel Nobel oğlunu Avropa və Amerikaya təhsil almağa göndərir. İki il ərzində Alfred Nobel Almaniya, Danimarka, Fransa, İtaliya və Amerikada olur.

1851-1853-cü illərdə o, Fransada kimya üzrə biliklərini genişləndirir.

Peşəkar Fəaliyyət

1853-1859-cu illərdə Nobel Rusiya ordusu üçün hərbi sifarişləri yerinə yetirən, ailə fabrikləri ilə məşğul olur. Həmçinin o, nitroqliserin üzərində təcrübələr həyata keçirən kimyaçı N.Zinin ilə əməkdaşlıq edir. Ailə biznesinin yüksəlişinə Krım müharibəsi təkan verir, lakin müharibə bitdikdə kompaniya bankrot olur.

1859-cu ildə Nobel ailəsi İsveçə qayıtmağa məcbur olurlar, burada Alfred mexaniki və kimyəvi eksperimentlər həyata keçirirdi. Nobel, onun atası və kiçik qardaşı partlayıcı maddə olan maye nitroqliserin üzərindəki təcrübələrə xüsusi diqqət ayırırdılar.

1864-cü ildə Nobel «Nitroqliserin LTD» şirkətinin əsasını qoyur və zavod inşaatına başlayır.

1865-ci ildə – O, “Alfred Nobel və K” –ilk xarici kompaniyasını açır. (Hamburq).

1867-ci ildə dinamit və detonatorların ixtirasını patentləşdirir. Dinamitin ixtirası ona görə baş verir ki, Nobel daima nitroqliserinin məişətdə və ya sənayedə tətbiqinin mümkün yollarını axtarırdı. Bundan əlavə o, nitroqliserinin təhlükəsiz daşınma məsələsini həll etmək istəyirdi. Nə qədər təəccüblü olsa da, dinamit məhz bundan ötrü kəşf olunmuşdu.

Hər şey onunla başlayır ki, Nobel nitroqliserini məsaməli torpaqda daşımaq qərarına gəlir. Daşıma zamanı şüşələrdən biri sınır. Bu şüşənin torpağı nitroqliserin ilə islanır, ona görə Nobel fürsətdən istifadə etmək və təcrübələr keçirmək qərarına gəlir. Nəticədə müəyyən olunur ki, Nitroqliserin hopmuş torpaq, detonasiyaya daha az məruz qalır, o qığılcım və ya temperaturun yüksəlməsi nəticəsində partlamır, amma civənin alışması nəticəsində nitroqliserindən heç nədə geri qalamayan güclü partlayış baş verirdi.

1876-ci ildə Nobel dinamit ilə müqayisədə daha güclü partlayıcı xüsusiyyətlərə malik olan, partlayıcı studenin patentini alır.

1887-ci ildə alim tüstüsüz barıt hazırlayır, bu maddə ballistit adını alır.

1889-cu ildə ixtiraçı Ümumdünya sülh konqresində iştirak edir. Baxmayaraq ki, hamı Nobeli “Qan üzərində qazanılmış sərvət sahibi” adlandırır, onun konqresdə səsləndirdiyi fikirlər kifayət qədər sülhməramlı idi. Xüsusən də o, hesab edirdi ki, əgər rəqiblərdə anı qırğın silahı olarsa, onda onlar konflikti dayandıracaqlar.

1895-cı ildə Nobel xüsusi vəsiyyətnamə hazırlayır, vəsiyyətə əsasən onun sərvətinin böyük miqdarı “bəşəriyyətə verdiyi töhfəyə” görə mükafatların təsis edilməsinə yönəlirdi. Nobel mükafat fondu 31 milyon krondan ibarət idi. Belə bir addımmı atmağa Nobeli onun haqqında yazılmış “Ölüm ticarətçisi öldü” başlığı altında nekroloq sövq etdi. Müxbirlər səhvən onu 1888-ci ildə çapa vermişdi. Nekroloq yazılarkən o, hələ sağ idi. Bu hadisə alimi tarixdə oynadığı rol haqqında düşünməyə sövq edir.

10 dekabr 1896-cı ildə – Alfred Nobel San-Remoda şəxsi villasında beyinə qansızmasından vəfat edir.

Həyatının sonuna yaxın Alfred Nobel müxtəlif kəşflər ilə bağlı 355, patentə və dünyanın 20 ölkəsində yerləşən 93 kompaniya və müəssisəyə sahib idi. Onlardan bir çoxu hazırda dünya səviyyəli sənaye nəhəngləri hesab olunur.

Şəxsi həyat

Belə bir fikir mövcuddur ki, Alfredin həyat yoldaşı onu ataraq, riyaziyyatçı ilə qaçıb. Amma əslində Nobel evli olmayıb, nə də ki, uşaqları olmayıb. Olun ilk sevgisi isveçli gənc xanım idi, o aptekdə işləyirdi. Amma o, vəfat edir, bundan sonra Alfred uzun müddət qadınlara meyl salmır. Lakin buna rəğmən əsrarəngiz Sara Bernar onun ürəyini fəth etməyə müyəssər olur. Lakim Nobelin anası onların arasındakı əlaqəyə qəti şəkildə qarşı çıxır.

Nobelin bioqrafiya müəllifləri onnun həyatının son eşqi kimmi Sofi Qessin adını qeyd edirlər, Sofi satıcı idi, onlar 19 il idi ki, ünsiyyət qurudular. Amma buna rəğmən Sofi macarıstanlı çapara ərə gedir, lakin çox keçmir ki macar onu atır. Amma Alfred Nobel öz vəsiyyətində Sofiyə sanballı illik gəlir ayırır. Adları çəkilən xanımların hər birindən ayrılmasına baxmayaraq, Alfred onlarla həmişə, fasiləsiz şəkildə məktublaşır.

Uğurun dəyəri

Nitroqliserin üzərində aparılan təcrübələrin biri zamanı (bu hadisə 1864-cü ildə baş verib) Nobelin laboratoriyasında partlayış baş verir. Hadisə nəticəsində bir neçə əməkdaş vəfat edir, onların içərisində Nobelin kiçik qardaşı Emil də var idi. Bundan əlavə Alfredin atası iflic olur və ömrünün sonuna qədər yatağa məhkum olmuş şəkildə qalır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər