10 C
Baku
Saturday, December 21, 2024

Ali Məhkəmənin hakimi nazirliyə təyinat aldı

Ali Məhkəmənin daha bir hakimi Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Ali Məhkəmənin mülki kollegiyasının hakimi Vidadi Məmmədovdan gedir.

Nazir Fərid Əhmədovun əmri ilə Vidadi Məmmədov nazirliyin İcra xidmətinin rəisi təyin edilib.

Təyinatı ilə bağlı V.Məmmədovun hakimlik fəaliyyətinə xitam verilib.

Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi vəzifəsində çalışıb. O,  Prezidentin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, bu yaxınlarda Ali Məhkəmənin hakimi Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin edilmişdi.

Son xəbərlər
Digər xəbərlər