Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu – QRAFİK

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

S/s İmtahanın adı Keçirilmə tarixi
1. – Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;

– Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

1 iyul
2. Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
III ixtisas qrupu 14 iyul
II və IV ixtisas qrupları 15 iyul
I ixtisas qrupu 27 – 28 iyul


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.