12 C
Baku
Saturday, May 18, 2024

Ali məktəblərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib

“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal balın ölçüsü 3-dür.

Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.

Qiymətləndirmə zamanı baxılması nəzərdə tutulan əsaslar aşağıdakılardır:

Strateji inkişaf planlarının (SİP) icrası üzrə ATM-in struktur bölmələrinin dövrü (yarımillik, illik) hesabatları,

SİP-in icrasının dövrü (illik) monitorinq materialları,

SİP-in icrası üzrə hesabatların və monitorinq nəticələrinin müzakirəsini sübut edən iclaslar, tədbirlər, görüşlər və s. (protokollar, press-relizlər, nəşrlər, izahatlar və s.),

SİP-in icrası üzrə hesabatların və monitorinq nəticələrinin məlumatlandırılmasını təsdiq edən mənbələr (rəsmi istinadlar, məlumatlar, nəşrlər, press-relizlər və s.)

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər