Xəbər verdiyimiz kimi, bu gün yeddinci çağırış Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib. İclasda Ali Məclisin komitə sədrləri, sədr müavinləri və üzvləri seçilib.
Naxçıvan Ali Məclisində fəaliyyət göstərən 4 komitənin sədr və müavinləri məlum olub.
1. Hüquq siyasəti komitəsi – Sədr Əjdər Əliyev, müavini Kamil Şükürov
2. İqtisadi siyasət komitəsi – Sədr Emin Şıxəliyev, müavini Mübariz Bayramov
3. Sosial siyasət komitəsi – Sədr Nuray Əliyeva, müavini Azad Novruzov
4. Humanitar siyasət komitəsi – Sədr Ülkər Bayramova, müavini Əziz Qasımov.