6 C
Baku
Saturday, December 14, 2024

Ali Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin iddiasını təmin etməyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı arasında məhkəmə çəkişməsi başa çatıb.

Dövlət qurumunun BOKT-a qarşı iddiasına sonuncu dəfə aprelin 19-da Ali Məhkəmədə baxılıb və iddia təmin edilməyib.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” Dövlət Xidmətinin kredit ittifaqlarına ayırdığı maliyyə vəsaitləri üzrə vasitəçi olub. Azərbaycan manatının devalvasiyasından sonra BOKT verilmiş borcların geri alınmasında və dövlətə ödənilməsində çətinliklərlə üzləşib.

Bundan sonra Dövlət Xidməti “İcraçı Kredit Agentliyi”nin müflis elan olunması tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 1 dekabr 2016-cı il tarixində keçirilmiş məhkəmə iclasında iddia tələbi təmin edilməyib.

Ardınca dövlət qurumu Bakı Apellyasiya məhkəməsinə müraciət edib. 30 noyabr 2017-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayəti də təmin olunmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər