13 C
Baku
Friday, November 22, 2024

Ali Məhkəmədən kommersiya mübahisələri ilə bağlı qərar

Ali Məhkəmənin Plenumu Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici vətəndaşların kommersiya mübahisələrinə baxılması qaydası ilə bağlı “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarı açıqlayıb.

Bu barədə Ali Məhkəmənin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisələrinə kommersiya məhkəmələrində baxılarkən həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq qərara alıb.

Həmin qərarla bu keçid vasitəsilə tanış ola bilərsiniz.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər