Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə müavin və bir sıra kollegiaya sədr təyin edilib.
Banker.az bunu Azərbaycan Prezidentinin bu gün imzaladığı sərəncama istinadən xəbər verir.
Sərəncama görə, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.
Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
Kollegiyalar Ali Məhkəmə daxilində fərqli sahələr üzrə işlərin ədalətli şəkildə aparılmasına cavabdeh olan bölmələrdir.