5 C
Baku
Saturday, December 14, 2024

Ali Məhkəmənin Aparatının strukturu yenidən müəyyən ediləcək

Ali Məhkəmənin Aparatının strukturu yenidən müəyyən ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün |Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi” barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Ali Məhkəməyə tövsiyə edilib ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla həmin Məcəlləyə Ali Məhkəmədə işlərə baxılma qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə alaraq və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Ali Məhkəmənin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil etmək üçün Ali Məhkəmənin Aparatının strukturunu yenidən müəyyən etsin.

Son xəbərlər
Digər xəbərlər