Bu məsləhətlər ali məktəb məzunlarına vacib olduğu qədər, onların ilkin və real karyera başlanğıcını düzgün şəkildə qəbul etmək istəməyən valideynlər üçün də vacibdir. Beləliklə, bu məsləhətləri diqqətlə oxuyun və uğura nail olun!
Təhsil – karyeranın başlanğıcıdır:
Heç bir, hətta ən prestijli ali təhsil müəssisəsi belə sizin uğurunuzun zəmanəti ola bilməz. İşdə həmin anda təcrübədə tətbiq edə biləcəyiniz biliklər vacib rol oynayır. Yaxşı olardı ki, təhsil aldığınız müddətdə hansı faydalı bacarıqlara yiyələndiyinizi xatırlayın və onu gələcək işinizdə tətbiq edin.
Gənc mütəxəssislərin ən böyük problemi iş təcrübəsinin olmamasıdır. Təcrübə olmadığı üçün işə götürmürlər. Təcrübə yoxdur, çünki işə götürmürlər. Çətin vəziyyətdir. Təcrübə əldə etmək üçün tələbə vaxtlarından işləməyə çalışmaqdır. Bununla tələbəlik illərində müəyyən təcrübə əldə edib, məzun olduqdan sonra ciddi vakansiya üzrə namizədlik irəli sürmək olar. Bundan əlavə, bir çox işəgötürən şəxslər namizədin tələbəlik illərində işləməsi halını yüksək qiymətləndirirlər. Bu onların fəallığından və əmək sevərliyindən bəhs edir.
Tanışlıqlardan düzgün şəkildə istifadə edin:
Sizə faydalı ola biləcək sosial şəbəkə və real tanışlarınızdan faydalı şəkildə istifadə edin. Tanışlarınızdan, tanışlarınızın tanışlarından maraqlı vakansiyaya sahib olub-olmadıqlarını soruşun. Burada bir qədər sizin inadkarlığınız və utancaq olmamağınız mühüm rol oynayır. Lakin buna dəyər.
İş axtararkən aşağıdakılara diqqət edin:
- Şirkətin nüfuzuna;
- Rəhbər şəxsin əməkdaşların inkişaf məsələsinə hazır olub-olmamasına;
- Rəhbərin bilavasitə sizə qarşı münasibətinə;
- Karyera artımı imkanlarınaвозможности карьерного роста;
- Kollektivdə mövcud ümumi vəziyyətə;
- İşə düzəlmə prosesinin qanun çərçivəsində olub-olmadığına;
- İşləməli olduğunuz layihələrin miqyasına.
Özünüzü başqaları ilə müqayisə etməkdən əl çəkin:
Bu sosial şəbəkələrin yetirdiyi zərərlərdən ən öndə gedənidir. Dostlarınız daim necə əyləndiklərini, zamanlarını necə gözəl keçirdiklərini, nə qədər çox pul qazandıqlarını və s.ni hər kəs ilə paylaşa bilərlər. Onların əvəzinə sevinin! Daha sonra isə unudun və siz də özünüz üçün digərlərində həsəd yaradacaq nə edə biləcəyiniz üzərində düşünün! Və həyata keçirin!