3 C
Baku
Wednesday, February 12, 2025

Ali məktəblərə imtahansız necə qəbul olunmaq mümkündür? – Açıqlandı

Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququ verilən beynəlxalq fənn olimpiadalarının siyahısı açıqlanıb.

Banker.az xəbər verir ki, siyahı Təhsil İndtitutu tərəfindən elan olunub.

Siyahıya daxil olan beynəlxalq fənn olimpiadaları bunlardır:

1. Beynəlxalq riyaziyyat olimpiadası (IMO);
2. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);
3. Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);
4. Beynəlxalq fizika olimpiadası (IPHO);
5. Avropa fizika olimpiadası (EUPHO);
6. Asiya fizika olimpiadası (APHO);
7. Beynəlxalq kimya olimpiadası (ICHO);
8. Beynəlxalq Mendeleyev kimya olimpiadası;
9. Beynəlxalq biologiya olimpiadası (IBO);
10. Beynəlxalq informatika olimpiadası (IOI).

Ətraflı məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
e-qanun

Son xəbərlər
Digər xəbərlər