1 C
Baku
Saturday, December 14, 2024

Ali məktəblərin auditoriyalarında tələbələrə say məhdudiyyəti qoyulacaq

Ali təhsil müəssisələrində tələbələrin say ilə bağlı məhdudiyyət olacaq. Mühazirələrdə təxminən 50-60 tələbənin iştirakı mümkün olacaq.

Bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik: “Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt edəcəyimizi planlaşdırmırıq”.

Oxşar yazı: “Kontakt” “Dərsə ağıllı başla” kampaniyasına start verdi – 50%DƏK ENDİRİMLƏR

Son xəbərlər
Digər xəbərlər