Bakıdakı kitab mağazalar şəbəkəsi “Əli və Nino Yayım MMC”nin (Ali&Nino) təsisçisi Nigar Köçərli Şahvələd qızı direktor vəzifəsini digər şəxsə ötürüb.
Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda bildirilir.
Onu bu vəzifədə Rəna Məmmədova Nəbi qızı əvəzləyib.
Nigar Köçərli kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisidir. “Ali&Nino” 2014-cü ildə 100 manat nizamnamə fondu ilə təsis edilmişdi və N.Köçərli həmin tarixdən bu tərəfə şirkətə rəhbərlik edirdi.
Hazırda “Ali&Nino” kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də “Alinino.az” onlayn mağazasından ibarətdir.
2022-ci ildə onun Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış “Əli və Nino Qrup MMC” və “Nigar 1975” MMC-ləri ləğv olunduqlarını elan etmişdilər.