2 C
Baku
Tuesday, February 25, 2025

Ali Rada Zelenskinin səlahiyyətlərini uzadıb

Ali Rada Ukrayna Prezidenti Vladimir Zelenskinin səlahiyyətlərinin uzadılması barədə qərar qəbul edib.

Bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bildirib.

Ali Radanın bəyanatında Ukraynada tətbiq edilən hərbi vəziyyət rejiminin seçkiləri konstitusiyaya uyğun keçirməyə imkan vermədiyi vurğulanıb. Bəyanatda deyilir ki, Zelenski səlahiyyətlərini yeni seçilən prezident vəzifəsinin icrasına başlayana qədər davam etdirməlidir.

Qeyd edək ki, Volodimir Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Rusiya lideri Vladimir Putin bunu əsas gətirərək Ukraynanın hazırkı rəhbərliyinin qeyri-legitim olduğunu, ABŞ Prezidenti Donald Tramp isə Zelenskinin reytinqinin dörd faizə düşdüyünü iddia edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər