21 C
Baku
Thursday, September 19, 2024

Alibaba ən nəhəng şirkətləri geridə qoydu

Çinin online ticarət sahəsində lider olan Alibaba şirkətinin bazar kapitalizasiyası IPO çərçivəsində ABŞ-ın aparıcı IT şirkətlərinin göstəricilərini geridə qoydu. Bu da Nyu-York fond birjası tarixində ən nəhəng göstərici deməkdir.

IPO-dan sonrakı ticarət günündə Alibaba kotirovkaları bir səhm üçün nəzərdə tutulmuş 68 dollar dəyərini ötüb keçmişdir. NYSE birjasında ticarətin ilk dəqiqələrində qiymətli kağızların dəyəri 46% yüksəlmişdir. Qeyd edək ki, bazara yerləşdirilən ümumi səhmlərin dəyəri 21,7 milyard dollar təşkil edirdi.

Birjada ticarətin ilk günü ərzində şirkətin bazar kapitalizasiyası 230 milyard dollar həddinə çatmışdı. Beləliklə, Alibaba dünyanın ən bahalı şirkəti olmuşdur və ABŞ-ın IT sahəsində Facebook, IBM, Oracle, Amazon və eBay kimi şirkətləri geridə qoymuşdur.

Son xəbərlər
Digər xəbərlər