Çinin internet nəhəngi “Alibaba Group Holding Ltd.” 524 səhmini 4.8 milyard dollara geri alıb. “Alibaba” ABŞ və Honkonqda siyahıya alınıb və hər iki bazarda səhmlərin geri alınması baş verib.
Rüblük geri alış həcmi yalnız 2021-ci ilin iyul-sentyabr aylarında daha yüksək olub, hansı ki o dövrdə 5.1 milyard dollar təşkil edib.
Bütün maliyyə ili ərzində “Alibaba” 1.249 milyard səhmi 12.5 milyard dollara geri alıb.
2024-cü ilin fevral ayında şirkət direktorlar şurasının geri satınalma proqramının həcminin 25 milyard dollar artırılmasını təsdiqlədiyini açıqlayıb. Proqram 2027-ci ilin mart ayının sonuna qədər etibarlı olacaq.
Bu ilin əvvəlindən şirkətin səhmlərinin qiyməti 7%, son 12 ayda isə 26.4% ucuzlaşıb.