Alibaba afrikalıların maliyyə xidmətlərini çıxışını təmin edəcək

Alibaba’nın maliyyə dəstəyi olan Ant Financial, qitənin sakinlərinin maliyyə xidmətləri ilə əhatə dairəsini genişləndirmək üçün Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Komissiyası və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.

Tərəfdaşlıq şəxsiyyət vəsiqəsi və ya digər rəsmi sənədləri olmayan məcburi köçkün və qaçqınlar da daxil olmaqla, maliyyə xidmətləri almayan kiçik biznes və istehlakçılara yönəldilir.

Əməkdaşlıq iqtisadi inkişaf, sosial və texnoloji tərəqqi yolu ilə yoxsulluğun aradan qaldırılması və həyat keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş 2060 Gündəmi çərçivəsində 2030-cu ilədək davamlı inkişafın və Afrika Birliyinin sosial və iqtisadi çevrilməsinin qlobal məqsədlərinə dəstək verəcəkdir.

Afrika da Ant Financial,bu  müvəffəqiyyətini Çin, Hindistan və Filippin kimi ölkələrdə təkrarlamağa ümid edir.