17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Alibaba Group”un təsisçisi Cek Ma “SoftBank”ın idarə heyətini tərk edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Çinin “Alibaba Group” holdinqinin təsisçisi Cek Ma, “SoftBank”ın idarə heyətini tərk edəcək. Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib. Qeyd edildiyi kimi, milyarder təhsil sahəsində xeyriyyəçilik ilə məşğul olmağı planlaşdırır.

Xatırladaq ki, Cek Ma 2019-cu ilin sentyabrında “Alibaba”nın idarə hetəyini tərk etmişdir.

Dekabr ayında “SoftBank”ın idarə heyətini “Uniqlo” mağazalar şəbəkəsinin təsisçisi Tadasi Yanai tərk etmişdir. İyunun 25-də keçiriləcək illik toplantıda üç yeni namizəd irəli sürüləcək. Beləliklə, idarə heyəti üzvlərinin sayı 11 nəfərdən 13 nəfərə qədər artacaq.

Namizədlər arasında qrupun maliyyə direktoru Yoshimoto Goto, “Cadence Design” nin baş direktoru Lip-Bu Tan və “Waseda Business School” biznes-məktəbinin professoru Yuko Kavamoto var.

Xatırladaq ki, daha əvvəl “Elliott Management” in investoru “SoftBank”dan idarə heyətinə atipik namizədlər daxil etməsini tələb etmişdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər