7 C
Baku
Wednesday, February 28, 2024

“Alibaba” il ərzində $344.4 mlrd. ucuzlaşıb

“Alibaba” şirkəti təsisçisi Cek Manın Çin bankları və tənzimləyiciləri haqqında tənqidi açıqlamalardan sonra bir il ərzində 344.4 milyard dollar ucuzlaşıb. “Bloomberg”in qeyd etdiyi kimi, Pekinin İT sənayesinə təzyiqi ona gətirib çıxarıb ki, il ərzində ən çox ucuzlaşan 10 şirkətdən 8-i Çinin olub.

Banker.az xəbər verir ki, ilk onluqda Çin şirkətləri ilə yanaşı 63 milyard dollar itirmiş Amerikanın “Zoom” telekommunikasiya xidməti və 40.9 milyard dollar zərərlə Yaponiyanın “Softbank” holdinqi də yer alıb.

2020-ci ilin noyabr ayının əvvəlində Honkonq və Şanxay birjaları “Alibaba”nın törəmə şirkəti olan “Ant Group”un IPO prosesini təxirə salıb. Bu, Manın maliyyə sammitindəki çıxışından dərhal sonra baş verib. Sahibkar Bazel razılaşmalarını “qocalar klubu”, Çinin dövlət banklarını isə innovasiyaları boğan “lombardlar” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər