16 C
Baku
Sunday, November 23, 2025

“Alibaba” ilk elektrikli avtomobilini nümayiş etdirib

Çinin “Alibaba” şirkəti əməkdaşlıq etdiyi “SAIC Motor” və “Shanghai Zhangjiang” ilə birlikdə “IM” brendi altında ilk elektrikli avtomobilini təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu avtomobil “Amperex Technology” şirkətinin istehsal etdiyi batareyalarla və “Nvidia”nın məşhur prosessorları ilə təchiz edilib.

Qeyd edək ki, “IM” batareyaların simsiz şarj edilməsi texnologiyasını dəstəkləyir, müstəqil şəkildə park etməyi və sosial şəbəkələrdə post paylaşmağı bacarır. Model 2021-ci ilin aprel ayında Şanxayda satışa çıxarılacaq, avtomobilin sport versiyası isə 2022-ci ildə buraxılacaq. Satışların başlama tarixi və avtomobillərin qiyməti haqqında heç bir məlumat yoxdur.

Bildirildiyi kimi, tərəfdaşların brenddəki payları aşağıdakı kimi bölünüb: “SAIC” – 54%, “Alibaba” – 18%, “Shanghai Zhangjiang” – 18%.

“IM” avtomobili Çinin digər startapları ilə rəqabət aparacaq. Məsələn, “Alibaba”nın investisiya etdiyi “Xpeng Motors” şirkəti.

Xatırladaq ki, 2021-ci il 11 yanvarda Çinin “Baidu” şirkəti “Geely” avtomobil istehsalçısı ilə strateji tərəfdaşlıq barədə razılığa gəlmişdir.

Son xəbərlər
Digər xəbərlər