Çində kapitalının böyük hissəsi Alibaba şirkətinə məxsus olan Mybank fəaliyyətə başlayacaq. Mybank 30% Ant Financial Services Group-a məxsusdur və onun nəzarətində 4 milyard yuan (644 milyon dollar) var. Bu təşkilat kiçik və orta müəssisələrin kreditləşməsi ilə məşğul olacaq. Bir kreditin həcmi isə 5 milyon yuandan (805,5 min dollardan) artıq ola bilməz.
Ant Financial Services Group rəhbərliyinin iddiasına görə, Mybank böyük kredit təşkilatlarının kredit erməkdən imtina etdiyi şirkətləri kredit ilə təmin edəcək.