25 C
Baku
Saturday, July 27, 2024

“Alibaba”nın qurucusu Asiyanın ən varlı adamı oldu

“Alibaba” şirkətinin qurucusu Cek Ma, Asiyanın ən varlı adamı olub.

Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” yazır.

Agentlik 55 yaşlı çinlinin sərvətini 44,5 milyard dollar dəyərində qiymətləndirərək, onu dünyanın ən zəngin adamları siyahısında 18-ci yerə yüksəldib. 19-cu yerdə “Reliance Industries” holdinqinin yaradıcısı Mukeş Ambani dayanır, onun sərvəti 41,8 milyard dollar dəyərində qiymətləndirilir.

Xatırladaq ki, “Alibaba” şirkəti 1999-cu ildə təsis edilib və hal-hazırda elektron kommersiya və rəqəmsal ödənişlərlə məşğul olan ən böyük şirkətlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər