12 C
Baku
Saturday, November 23, 2024

“Alibaba” öz xidmətlərinə “ChatGPT”nin analoqunu inteqrasiya edir

Dünən, iyunun 1-də Çin internet nəhəngi “Alibaba” özü yaratdığı “Tongyi Tingwu” səs köməkçisini məhsullarına inteqrasiya etməyə başladığını elan edib. Xatırladaq ki, “Alibaba Cloud” aprel ayında məşhur “ChatGPT” çat-botunun analoqu “Tongyi Qianwen”i nümayiş etdirib. Şirkət bildirib ki, “Tongyi Tingwu”nun inteqrasiyası sayəsində o, böyük həcmdə məlumatları təhlil edə və istifadəçinin istəyi ilə audio və video məzmunun mətn təqdimatını çıxara biləcək.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Şirkət səs köməkçisini “DingTalk” korporativ messencerinə inteqrasiya etmək niyyətindədir. Gələcəkdə o, “Tongyi Qianwen”in yeni funksiyalarını, o cümlədən audio və video məzmunun ingilis dilindən Çin dilinə tərcüməsini təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, may ayında daha bir Çin şirkəti “Baidu” öz süni intellekt xidmətini təqdim edib. ABŞ-ın “OpenAI” şirkətinin yaratdığı “ChatGPT” isə Çində qadağan edilib.

Son xəbərlər
Digər xəbərlər