“Alibaba Group Holding”in səhmləri çərşənbə günü mediada “Apple Inc.” ilə əməkdaşlıq xəbəri fonunda 8.5% bahalaşıb. Qeyd edək ki, Amerika korporasiyası Çində “Apple Intelligence” süni intellekt funksiyalarını tətbiq etmək istəyir.
Xatırladaq ki, 2024-cü ildə “Apple” süni intellekt sahəsində inkişaf etmək üçün Çinin “Baidu” şirkəti ilə əməkdaşlıq etmək istəsə də, Çin texnologiya nəhənginin tərəqqisi “Apple”ın standartlarına cavab verməyib.
Eyni zamanda, iPhone istehsalçısı “Tencent”, “ByteDance”, “Alibaba” və “DeepSeek” kimi şirkətlərin süni intellekt modellərini nəzərdən keçirib. Lakin startapda təcrübəli kadrlar olmadığından tərəfdaşlıq mümkün olmayıb.
“Apple” özünün “Apple Intelligence” adlanan süni intellekt sistemini 2024-cü ilin yayında təqdim edib. ABŞ-də şirkət “OpenAI” ilə əməkdaşlıq edir.