Çinin elektron ticarət nəhəngi – “Alibaba Group Holding” yenidən səhmlərinin ilkin kütləvi tədavülünə (IPO) hazırlaşır.
Yerləşdirmə bu ayın son həftəsində, Honkonq birjasında baş tutacaq.
Hərraca 15 miilyard ABŞ dolları dəyərində qiymətli kağız çıxarılacaq.
“Alibaba” məsələ ilə açıqlama verməyib. Xatırladaq ki, şirkət IPO-nu bu ilin avqust ayına planlaşdırırdı. Lakin ölkədəki siyasi qarışıqlar buna imkan verməyib.
©Report