Alibaba şirkəti ABŞ-da bir milyon iş yeri açmaq planını ləğv edib

0

Çinin Sinhua xəbər agentliyi bildirib ki, Çinin internet kommersiya nəhəngi olan Alibaba şirkətinin rəhbəri deyib ki, şirkət ABŞ-da bir milyon iş yeri açmaq planını ləğv edib və o bu qərara gəlməsini hazırda gedən ticarət müharibəsi ilə əlaqələndirib.

Banker.az VOA-ya istinadən xəbər verir ki, Cek Ma Sinhua xəbər agentliyinə ABŞ prezidenti Donald Trampa etdiyi vədi tuta bilməyəcəyini deyib. Ona görə ki, hazırkı vəziyyət artıq şirkətin indiki yerini dağıdıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ma əvvəl amerikalı kiçik bizneslər və fermerlərə öz məhsullarını dünyanın ən böyük internet pərakəndə satış şirkəti olan Alibaba vasitəsi ilə satmalarına imkan yaratmaqla iş yerlərini artırmağa yardım edəcəyini vəd etmişdir.

Ma bu həftə iki ölkə arasında iqtisadi münasibətlərin durumunun bərbat olduğunu və bu vəziyyətin nəticəsinin onillər davam edə biləcəyini bildirib.