14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Alibaba” şirkəti rekord məbləğdə cərimələnə bilər

faizlere

Çinin antiinhisar orqanları elektron ticarət nəhəngi olan “Alibaba” şirkətini rekord məbləğdə cərimələməyi planlaşdırır.

Bu barədə “The Wall Street Journal” yazıb.

Mənbəyə görə, cərimənin məbləği 975 milyon ABŞ dollarını keçə bilər. Belə ki, bu cəriməni Amerikanın “Qualcomm” şirkəti 2015-ci ildə ödəmişdi.

Tənzimləyicilərə görə “Alibaba” rəqiblərlə ədalətsiz mübarizə aparır, məhsullarını bir çox platformada yerləşdirən şirkətləri “cəzalandırır”. “Alibaba” həmin şirkətlərin məhsullarını öz saytlarında tanıtımını məhdudlaşdırır və beləliklə sahibkarları öz lehlərinə seçim etməyə məcbur edir.

Qəzetin yazdığına görə, Çin səlahiyyətliləri “Alibaba” rəhbərliyindən bu təcrübəyə son qoymağı tələb edəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər