14 C
Baku
Friday, November 15, 2024

Alibaba şirkətindən ilk: internet-avtomobil istehsal olundu

Çinin “SAİC Motor” avtomobil şirkəti və “Alibaba” şirkətlər qrupu dünyada ilk “Roewe City Rx5” adlanan internet-avtomobilini istehsal etdiklərini elan ediblər.

Çinin “Jenmin Jibao” nəşrinin məlumatına görə, avtomobil sənayesinin nəhəngi və internet ticarət nəhəngi ”Alibaba” şirkətlərinin dərin əməkdaşlığı Çin avtomobil sənayesinin yenidən qurulması və modernləşdirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Məlum olub ki, “Roewe City Rx5” SAİC şirkəti tərəfindən layihələndirilib və tərtib edilib. Bura yeni enerji texnologiyaları və digər resurslar, “Aliibaba” əməliyyat sistemi də daxildir. Avtomobilin naviqatoru, musiqi əlavəsi və digər resurslarının internetə çıxışı mövcuddur və istifadəçilərə intellektual səyahət təqdim etmək üçün bütün on-layn və off-layn resurslar inteqrə olunub.

SAIC və “Alibaba” üç növ belə avtomobil istehsal etməyi düşünür. Bunlar elektromobil, hibrid versiya və adi, benzinlə işləyən versiyalardan ibarət olacaq.

Bundan başqa, SAİC və “Alibaba” internet-avtomobilin tez-tez yenilənməsini planlaşdırırlar. Tədricən SAIC avtomobildə yeni enerji texnologiyaları, intellektual idarəetmə və digər perspektivli texnologiyaları tətbiq edəcək.

—Lent.az

Son xəbərlər
Digər xəbərlər