27 C
Baku
Saturday, June 29, 2024

Alibaba şirkətinin gəlirləri rekord həcmdə arta bilər

Banker.az saytı xəbər verir ki, Alibaba şirkətinin gözləntilərinə əsasən 2018-ci ilin mart ayında başa çatacaq cari maliyyə ilində şirkətin gəliri 34,3 milyard dollara çatacaq. Beləliklə də, gəlirin artım tempi 45-49% təşkil edəcək və rekord hesab olunacaq.

Bloomberg agentliyinin daha əvvəl verdiyi məlumatda qeyd edilirdi ki, analitiklər şirkətin gəlirinin əhəmiyyətli dərəcədə artacağını və orta hədlə 31,42 milyard dollar təşkil edəcəyini proqnoz vermişdi.

Keçən il Alibaba şirkətinin gəlirinin artım tempi 56% təşkil etmişdi. Lakin bu göstəriciyə şirkətin əldə etdiyi Sinqapur startapı Lazada şirkətinin də maliyyə nəticələri daxil idi. Bu nəticələr nəzərə alınmadan artım tempi 44-45% təşkil edirdi.

317,8 milyard dollar həcmində bazar kapitalizasiyasına sahib olan Alibaba şirkəti səhm dəyərinə görə dünyanın nəhəng şirkətlərinin ilk onluğuna daxildir.

Son xəbərlər
Digər xəbərlər