“Alibaba” süni intellektə 8,73 milyard avro investisiya qoymağı planlaşdırır

Çinin onlayn pərakəndə ticarət şirkəti “Alibaba Group Holding Ltd”. Honkonq birjasında əlavə səhmlər satmaqla 80 milyard Honkonq dolları (8,73 milyard avro ekvivalentində) həcmində kapital cəlb etməyi və əldə olunan vəsaitin tamamını süni intellekt (Sİ) sahəsində biznesin inkişafına yatırmağı planlaşdırır.

Bu addım cari ildə dünyada həyata keçirilən bu tipli üçüncü ən böyük biznes əməliyyatı olacaq.

Bundan əvvəl ABŞ-ın texnologiya nəhəngləri “Alphabet” (Google-un ana şirkəti) və Intel analoji addımlar atıblar. “Alibaba” birjada hər birinin qiyməti 112,70 Honkonq dolları (12,3 avro) olan 710 milyon adi səhm yerləşdirməyi planlaşdırır.

Səhmlərin satışından əldə olunacaq vəsaitin süni intellekt texnologiyalarının bütün spektrinin inkişafına, o cümlədən zəruri infrastrukturun, xüsusilə hesablama mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

“Alibaba” əldə etdiyi vəsaiti şirkətin “tam dövrəli süni intellekt resursları” adlandırdığı istiqamətə yönəltmək niyyətindədir. Bura, digər məsələlərlə yanaşı, mikrosxemlərin hazırlanması, həmçinin süni intellekt modellərinin işlənib hazırlanması və tətbiqi daxildir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər