15 C
Baku
Monday, April 22, 2024

“Alibaba” yemək çatdırma xidmətini aldı

“Alibaba Group” Çinin yemək çatdırma üzrə aparıcı online xidməti “Ele.me” platformasını satın alıb.

“China Daily” nəşrinə istinadən xəbərə görə, “El.me” platforması bazarda 9,5 milyard dollar həcmində qiymətləndirilirdi.

“Bu addım şirkətin yeni ticarətdən yeni istehlak formasına keçid planının həyata keçirilməsində əsl sıçrayış olacaq”, – deyə “Alibaba Group”un vitse-prezidenti Çjen Yun söyləyib. O bildirib ki, “El.me” yeni reteyl formasının həyata keçirilməsi üçün lazımi infrastrukturun yaradılması və təkmilləşdirilməsinə imkan verəcək. Sövdələşməyə uyğun olaraq, xidmətin yaradıcısı Çjan Süyxao “El.me”nin sədri vəzifəsində qalacaq, Çjan Yun isə baş direktor olacaq.

Ekspertlərin sözlərinə görə, “Alibaba”nın bu addımı Çinin telekommunikasiya şirkətləri arasında rəqabətin güclənməsi ilə əlaqədardır. Belə ki, “Alibaba” yeni xidməti vasitəsilə ölkənin ən iri telekommunikasiya şirkətlərindən olan “Tencent”in yemək, ərzaq sifarişi və çatdırılması üzrə online platforması olan “Meituan”la rəqabətə girəcək.

“Ele.me” 2008-ci ildə yaradılıb. Bu xidmətin daxili bazarda payı 49%-ə yaxındır.

MənbəLent.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər