14 C
Baku
Thursday, November 7, 2024

“Alibaba”nın səhmləri Honkonq birjasında debütdə 6%-dən çox bahalaşıb

Çinin elektron ticarət nəhəngi “Alibaba Group Holding”in səhmləri çərşənbə axşamı səhər saatlarında Honkonq Fond Birjasında debütdə 6,3% bahalaşıb.

Əməliyyatların ilk saniyələrində bir qiymətli kağızın dəyəri birjaya yerləşdirildiyi 176 Honkonq dollarından (22,49 ABŞ dolları) 187 Honkonq dollarına (23,89 dollar) qədər artıb.

“Alibaba” ikinci listinq zamanı ümumilikdə 15 faiz əlavə opsiyalı 500 milyon adi səhm buraxıb. Bu, şirkətə toplamda 101,2 milyard Honkonq dolları (12,9 milyard ABŞ dollar) cəlb etməyə imkan verib.

Mövcud proses son doqquz il ərzində Honkonqda ən böyük birjaya yerləşdirmə olub. 2014-cü ildə qərargahı Hançjou şəhərində (Şərqi Çin) yerləşən “Alibaba” Nyu-York birjasında səhmlərin ilkin yerləşdirməsindən (IPO) sonra rekord məbləğdə – 25 milyard ABŞ dolları toplamışdı.

©Report

Son xəbərlər
Digər xəbərlər