12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“Alibaba”nın sahibi Cek Ma sərvətinin 36%-ni itirib

“Alibaba Group”un qurucusu Cek Ma 2020-ci ilin noyabr ayından sərvətinin 36%-ni itirib və artıq Çinin ən varlı adamı sayılmır.

Banker.az xəbər verir ki, hal-hazırda sahibkarın sərvəti 39.6 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Daha əvvəl bildirilmişdi ki, Cek Ma Çin hökumətini tənqid etdikdən sonra “Alibaba” 344 milyard ABŞ dolları ucuzlaşıb. “Bloomberg” bunun ən böyük ucuzlaşma adlandırıb.

2017-ci ildə Cek Ma Çinin ən varlı adamı olub, indi isə milyarder reytinqdə 70-ci yerdədir. Beləliklə, reytinqin yeni lideri 60.5 milyard ABŞ dolları sərvəti olan Çjun Şanşandır. İkinci və üçüncü yerləri “ByteDance” İT şirkətinin qurucusu Çjan İmin (52.8 milyard ABŞ dollar) və “CATL”ın sahibi Çzen Yunçun (49.7 milyard ABŞ dolları) tutub.

Qeyd edək ki, Çində sərvəti 2 milyard yuandan (290 milyon ABŞ dolları) çox olan vətəndaşların sayı il ərzində 520 nəfər, dollar milyarderlərinin sayı isə 307 nəfər artıb.

Bununla yanaşı, 2021-ci ildə kasıblayan 10 şirkətdən 8-i Çinindir. Bu, ölkənin maliyyə sisteminin strukturunu tənqid edən Cek Manın çıxışları, Çin hökumətinin onun biznesinə göstərdiyi təzyiq

Son xəbərlər
Oxşar xəbərlər
X