26 C
Baku
Saturday, April 20, 2024

Alicənab azərbaycanlı milyarder -Fərhad Əhmədov

Təvəllüd: 15.09.1955-ci il

Vətəndaşlıq: Rusiya

Bioqrafiya

Əhmədov Fərhad Teymur oğlu, AAƏ-nin təmsilçisi, Krasnodar əyalitinin keçmiş təmsilçisi, ZAO «Nortqaz»-ın baş direktoru, Bakı şəhərində anadan olub. 1969-cu ildə onun atasını, Bakı zavodlarından birinin direktorunu, iqtisadi maddə ilə mühakimə edirlər və əmlakını müsadirə edərək ona güllələnmə cəzası verirlər.

Fərhad məktəbi atır. 1970-ci ildə o, Moskvaya köçür və burada Texniki Peşə Məktəbini bitirir. Orada orduda xidmət göstərir.

Daha sonra o, Moskva veterinar akademiyasını və Qubkin adına neft və qaz RQU istitutunun aspirantura pilləsini bitirir. İnstitutu bitirdikdən sonra sovet daxili iqtisadi birləşmələri vasitəsi ilə xəz ticarətinə başlayır.

img1392898

1986-cı ildə Fərhad Böyük Britaniyaya gedir və Ali iqtisad universitetini bitirir. Orada ingilis şirkətində menecer vəzifəsində çalışır. Həmin şirkət neft və qaz yataqlarının inkişaf ilə məşğul olan texnologiyalar ilə ixtisaslaşırdı.

Fərhad TansleyTradingLtd (neft və neft məhsulları bazarında ticarət əməliyyatları) şirkətini təsis edir.

2005-ci ilin iyul ayında Əhmədov səhmlərinin nəzarət paketini ZAO “Qazproma” vermək qərarına gəlir. Həmin vaxt Fərhad Əhmədova “Nortqaz”ın 100% səhmləri məxsus idi.

1989-cu ildə Fərhad Əhmədov Azərbaycan beynəlxalq neft konsorsiumu ilə maraqlanır, Xəzər dənizinin şelf zonasında işlər aparmaq üçün beynəlxalq konsorsium yaratmaq barəsində fikir irəli sürür. O, bu layihəyə Amoco Eurasia neft şirkətini və McDermott mühəndislik şirkətlərini cəlb edir.

1987- 1998-ci illərdə Əhmədov «Farko Qrup Limited» şirktinin direktoru olur.

Fərhad Əhmədov evlidir və onun üç övladı var.

Ana dili və rus dilindən savayı, Fərhad Əhmədov ingilis dilində də səlist danışa bilir.

1997-ci ildə o, texnologiya elmi üzrə Beynəlxalq Akademiyanın müxbir üzvü olmuşdu.

Həmçinin Əhmədov Rusiyanın və bütün MDB ölkələrinin neft və qaz kompleksi problemləri ilə bağlı çox saylı elmi məqalələrin, monoqrafiyaların müəllifidir.

Qeyd edək ki, Fərhad Əhmədovun sərvəti 1,4 milyard dollar təşkil edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər