9 C
Baku
Thursday, December 12, 2024

Alıcılara qurulan tələlər

10-cu yer: Böyük araba böyük xərclər deməkdir. Arabada boş yerin olması daxili narahatçılıq hissi yaradır və onu dərhal doldurmaq istəyi tamamilə izah olunandır.

9-cu yer: Geyim mağazalarındakı böyük güzgülər çox incə detaldır: siz güzgünün yanından keçərkən hamı istər-istəməz özünə nəzər yetirir. Öz xarici görünüşündən 100% razı olan insan yoxdur. Bu, ani olaraq baş verir – mütləq nə isə almaq lazımdır.

8-ci yer: Riyazi cəhətdən 100 manatlıq bir futbolka ilə 299 manatlıq 3 futbolka arasında heç bir fərq yoxdur! Biz sadəcə olaraq 200 manatı boş yerə xərcləyirik.

7-ci yer: Kassaya gedən yolda alıcıların qarşısına sözün əsl mənasında maneələr çıxır. Gah orda, gah burda biz tezsatılan məhsul qutularına ilişirik. Satıcılar alıcıların qeyri-iradi alış-verişə meylli olduğunu bildikləri üçün məhsulu birbaşa yolun ortasına qoyurlar.

6-cı yer: Mağazalar süd, çörək, pendir kimi daha çox tələb olunan məhsulları məkanın ən uzaq küncündə yerləşdirir. Bu məhsullar demək olar ki, hamıya lazımdır, lakin siz ora gedib çatana qədər, yəqin ki bir çox başqa şeylər də görəcəksiniz. Bununla da, daha çox məhsul ala bilərsiniz.

5-ci yer: Geyim mağazasına gəldikdə və rəflərə nəzər yetirərkən, biz qeyri-iradi olaraq sviterlərin daha səliqəli qoyulduğu yerə deyil, nizamsız düzülmüş paltarasanlara istiqamətlənirik. Təhtəlşüurumuz bizə deyir ki, məhz orda daha maraqlı və dəyərli paltarlar yerləşir. Bununla yanaşı, paltarasanların nizamsız formada düzülməsi satıcılar tərəfindən bilərəkdən həyata keçirilir.

4-cü yer: Məşhur “son satışlar”, “mağazanın açılışı ilə əlaqədar olaraq endirimlər” kimi ifadələr mağazaların satılmayan mallardan canını qurtarması üçün atdığı addımdır (qeyd etmək lazımdır ki, bu heç vaxt nəticəsiz qalmır).

3-cü yer: Mağaza və restoranlar dadlı qoxularla müştərilərin iştahasını oyadır. Müştərilərin diqqətini daha çox yağlı çörək və qəhvənin qoxusu cəlb edir.

2-ci yer: Uşaqlar üçün mallar həmişə vitrinlərin aşağı hissəsinə və altda olan piştaxtalara yığılır. Əgər uşağınızın isterika qoparmasını istəyirsinizsə, onu uşaq dükandakı əl arabalarına oturdun.

1-ci yer: Şirnikdirici hər şeydən yaxa qurtararaq kassanın qabağında durmusunuzsa, hələ rahatlanmağa dəyməz! Axı sizin gözünüzün önündə saqqız, şokolad, qəzet və batareyalar var. Bunlara aldanmayın. Əgər vacibdirsə, alın.

Son xəbərlər
Digər xəbərlər