10 C
Baku
Wednesday, December 11, 2024

Alimentin tutulması və ailənin saxlanılması ilə bağlı Konvensiya təsdiq ediləcək

Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası ilə bağlı Konvensiya təsdiq ediləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci il 21 sentyabr tarixli iclasının gündəliyinə daxil olan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, iclasın gündəliyinə 5 məsələ daxildir, bunlar aşağıdakılardır:

1. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci il yaz və növbədənkənar sessiyası dövründə görülən işlər barədə hesabatı.
2. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.
3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
5. “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi

MənbəApa
Son xəbərlər
Digər xəbərlər