22 C
Baku
Wednesday, May 29, 2024

Alimlər ərincək olmağı yüksək IQ ilə əlaqələndirdi

Independent nəşrinin Journal of Health Psychology-ə istinadən verdiyi məlumata görə, Florida universitetinin alimləri iddia edirlər ki, ərincəklik insanın yüksək IQ-ə sahib olduğundan xəbər verir.

Araşdırma müəllifləri 10-larla tələbənin iştirak etdiyi eksperiment həyata keçirmişlər. Bu zaman onlara xüsusi hazırlanmış sorğu vərəqini doldurmaları və onlara təklif edilən çətin tapşırıqların həlli zamanı istifadə edəcəkləri variantlardan birini seçmək tapşırılır.

Nəticələr əsasında 60 nəfərdən ibarət təcrübə qrupu yaradılır. Sorğu iştirakçılarının yarısı tapşırıqların icrasından məmnunluq duyduqlarını, digər yarısı isə tapşırıq mühüm olduqda onun haqqında düşündüklərini bildirir.

Bundan əlavə, iştirakçılara həftə ərzində onların fəallıq dərəcəsini qeydə alan fitnes-bilərzik taxılır.

Nəticədə belə məlum olur ki, “düşünən” tələbələrdən ibarət olan qrup əhəmiyyətli dərəcədə az hərəkət edir.

Alimlər belə qənaətə gəlir ki, çox düşünməyə meyilli olmayan insanlar çox tez bir zamanda bezirlər və buna görə də onlar boş zamanlarını fiziki fəallıq ilə doldurmaq ehtiyacı duyurlar.

Bundan əlavə, ərincəklik insanın öz düşüncələrinə qapılmağının əlamətidir. Fiziki fəal insanlar isə enerjilərini sərf edirlər və onların müxtəlif növ düşüncə üçün gücləri qalmır.

Bununla yanaşı, alimlər bir faktı xüsusi olaraq vurğulayırlar ki, yüksək dərəcəli IQ az hərəkətli həyat tərzinə bəraət qazandırmır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər