13 C
Baku
Thursday, November 14, 2024

Alimlər akkumulyatorların şarjını daha sürətli doldurmaq üsulunu tapıblar

Bir çox prosessor istehsalçıları (həmçinin “Qualcomm” və “MediaTek”) öz məhsullarını sürətli enerjidoldurma funksiyası ilə təchiz edirlər. Bununla belə artıq yaxın vaxtlarda mobil qurğu akkumulyatorlarının enerjidoldurma prosesi daha sürətli ola bilər. Bat və İllinoys universitetlərində keçirilmiş sınaqların nəticələrinə əsaslanan “Nature Communications” nəşriyyatı belə qənaətə gəlib. Sınaqlar zamanı manqan iki oksiddən hazırlanmış akkumulyatorların tunel strukturlarına enerji ilə doldurulmuş kalium əlavə edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, belə akkumulyatorlar yaxşı məhsuldarlıq nümayiş etdiriblər, çünki enerji ilə doldurulmuş ionlar elektrik keçiriciliyini artıraraq litium ionlarının daha sürətli hərəkətinə imkan verib. Alimlər bildirib ki, bu proseslərin tədqiqi gələcəyin akkumulyatorlarının layihələşdirilməsi üçün vacibdir və müasir analoqlardan daha sürətli enerji toplayan batareyalar yaratmağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər