22 C
Baku
Monday, October 7, 2024

Alimlər dahiliyin sirrini aşkarlayıblar

Çin genetikləri dahiliyin sirrini tapıblar. Ölkədə rəsmi olaraq uşağın ana bətnində belə istedadlı olub olmadığını təyin edən proqram işə salınıb. 

Alimlər elə hesab edirlər ki, bu addım millətin genofondunu yaxşılaşdıracaq və dahi insanların sayının artmasına səbəb olacaq.

İlk növbədə, alimlər riyaziyyat dahilərinin anadan olmasını izləyəcəklər. Ölkənin inkişafı üçün millətə mütəxəssislər lazımdır. Gələcək dahinin bacarıqları haqqında məlumatı DNT-nin təhlili zamanı əldə olunur. Daha sonra isə hər hansısa bir elm sahəsində bacarıqları olan böyük insanların DNT-si ilə müqayisə olunur. Əgər məlumat uyğun olursa, uşaq həqiqətən də xüsusi bacarıqlara sahib olur.

Çin hökuməti artıq bu proqramın tədqiqinə və inkişafına 1,5 milyard dollar ayırıb. Qeyd edək ki, bu yaxınlarda Çin iki uşağa sahib olmaq istəyən ailələrə güzəştə getməyə qərar verib.

Son xəbərlər
Digər xəbərlər