28.3 C
Baku
Tuesday, June 25, 2024

Alimlər işığı “dondurmağı” bacarmışlar

Almaniyalı tədqiqatçılar dünyada ən sürətli şey olan – işığı bir dəqiqə müddətinə “dondurmağı” bacarmışlar. Əldə edilmiş bu nailiyyətlər informasiyanın saxlanılması və kvant yaddaşı sahəsində atılmış böyük bir addım ola bilər. Alimlər ona görə bu sahədə işləməyə başlamışlar ki, işıq özündə ardıcıl kvant xassələrini saxlayır və bu da öz növbəsində işıq əsasında kvant yaddaşın yaradılmasına və hətta uzun məsafələri belə təhlükəsiz kvant rabitə ilə təmin etməyə imkan verəcək.

İşıq – 300 milyon m/s sürətlə hərəkət etmək qabiliyyətinə sahib elektromaqnit şüalanmadır. Bir saniyə ərzində işıq 18 milyon kilometr qət edə və yaxud Ay ətrafında 20 dəfə dövrə vura bilir. Lakin bununla yanaşı işığın sürətini yavaşlatmaq və hətta dayandırmaq da mümkündür. Belə ki, əvvəllər alimlər işığı 16 saniyə ərzində dondurmağı bacarmışlar. Yeni eksperimentdə isə alman alim Georg Haynçe və onun komandası atom kogerentliyini işıq kogerentliyi ilə konvertasiya etmişlər. Bu eksperiment zamanı şəffaf kristaldan istifadə olunmuşdur. Onlar lazer şüasını kristala doğru yönləndirdikdən sonra ikinci şüanı da həmin yerə doğru tutmuşlar. Bu zaman ikinci şüa birinci şüanı neytrallaşdırmışdır.

Bununla da alimlər superpozisiyanı dağıdaraq faktiki olaraq işığı ikinci bir işığın içərisində “tələyə salmışlar”. Bundan başqa, eksperimentin gedişatında informasiyanın ötürülməsi və geri alınması uğurla həyata keçirilmişdir. Gələcəkdə alimlər informasiyanın saxlanmaq davamiyyətini artırmaq üçün müxtəlif maddələrdən istifadə etməyə cəhd edəcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər