13 C
Baku
Monday, May 20, 2024

Alimlər istənilən şəxsin xəttinin eynisini yaradan proqram təqdim etdi

Xətt insanın daha sonradan qazandığı bir vərdişdir və o bütün insanlar üçün tamamilə unikal və fərqli xarakter daşıya bilər. Lakin tez bir zamanda istənilən insanın yazı xəttinin sürətini kompüter proqramı vasitəsilə çıxarmaq mümkün olacaq.

Belə ki, London universitet kollecindən olan araşdırma qrupu istənilən şəxsin xəttini orijinala yaxın şəkildə yenidən yaratmağa imkan verən kompüter proqramı yaradıb.

 Araşdırma komandası tərəfindən yaradılan sistemin insanın xəttini təhlil etməsi üçün ona müəyyən insan tərəfindən yazılmış bir abzas yazı kifayətdir. Mətn ilk növbədə skan olunur və nazik xətt halına gətirilir. Bunun ardınca isə kompüter bu xətti ilk olaraq ayrı-ayrı sözlərə, sonra isə hərflərə bölür. Nəticədə proqram hər hansı konkret bir şəxs üçün xarakterik simvol və onların istifadəsi qanunauyğunluqlarından ibarət bütün bir toplu əldə edir.

Daha sonra alqoritm əvvəlcədən skan olunmuç məlumatların köməyi ilə insanın xəttini təkrarlayır. Əgər insan eyni hərfi bir neçə dəfə yazıbsa, proqram daha çox uyğun gələn simvol birləşməsini seçəcək. Seçilən bu simvol isə növbəti addımlarda analoji xətt üçün yeni sözlərin yazılması üçün istifadə olunacaq. Xüsusi proqram hərflərin yazılması üçün eyni birləşmələrdən istifadə etməmək məqsədilə xətt üçün xaotiklik dərəcəsini təyin edir. Məhz bu xüsusiyyətinə görə, proqramın yenidən yaratdığı xətti insanın orijinal xəttindən demək olar ki, fərqləndirmək mümkün deyil.

Tədqiqatçıların sözlərinə görə, araşdırma gedişində insanlar 40% halda kompüterin xəttini insanın xəttindən fərqləndirə bilməmişlər.

Araşdırma qrupunun üzlərinin bildirdiyinə görə, onlar gələcəkdə öz proqramlarından hüquq-mühafizə orqanlarına kömək etmək məqsədilə istifadə etməyi planlaşdırırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər