Banker.az saytının verdiyi məlumata görə, yapon alimlər insanın gəlir səviyyəsi ilə onun sağlamlığı arasında qarşılıqlı əlaqəyə həsr edilmiş araşdırma həyata keçirib. Araşdırma zamanı məlum olub ki, varlı şəxslər aşağı gəlir səviyyəsinə sahib insanlardan fərqli olaraq daha az hallarda xəstələnir. Mütəxəssislər araşdırmalarının nəticəsini elmi jurnallardan birində nəşr ediblər.
Tədqiqatçıların fikrincə, bu onunla əlaqədardır ki, yüksək gəliri olan şəxslər stress və həyəcanla bağlı xəstəliklərə daha az məruz qalır. Təminatlı şəxslər öz rifahları haqqında daha az düşünürlər.
Xəstəliklərin yaranmasında əsas səbəblərdən biri maliyyə vəsaitlərinin olmaması və yaxud azlığı ilə bağlı insanların yaşadığı narahatlıq və stressdir. Yüksək gəlirli insanlar isə bu kimi düşüncələrdən uzaqdır və özlərinə istədikləri şəkildə istirahət təşkil edə bilir. Bununla əlaqədar olaraq onlar stressə daha az məruz qalır.