Alimlər video oyunların beyinə təsirini araşdırıblar. Ghent University – dən bir qrup tədqiqatçılar belə bir sual ilə maraqlanırlar: video oyunlarının aludəçisi olan insanların beyni necə dəyişir?
Məlum olub ki, kompüter oyunlarını sevən hər kəs ventral striatumun artmasından “əziyyət çəkir”. Ventral striatumu həmçinin “mükafat mərkəzi” adlandırırlar.
Tədqiqat üçün alimlər 14 yaşlarında 154 yeniyetməni çağırırlar. Bütün yeniyetmələri kompüter oyunlarına 4 saata qədər və 21 saatdan çox vaxt ayıran iştirakçılara bölürlər.
Lakin həmin iştirakçılar kompüter oyunları aludəçiləri deyildilər. İştirakçıların beyinlərini skan edirlər və müəyyən edirlər ki, həftədə 21 saatdan çox kompüter oyunları oynayan insanlarda ventral striatumun səviyyəsi çox olur.
Beynin bu hissəsi insanın mükafatdan zövq aldığı zaman aktivləşir. Məsələn, bu mərkəz dadlı yemək yeyən, narkotik istifadə edilən zaman aktivləşir.
Alimlərə həmçinin belə bir göstərici maraqlı gəlir. Video oyunları sevərləri bir düyməyə basmalı və uduzub udduqlarını öyrənməli idilər. Məlum oldu ki, oyunçular udmaqlarında deyil, oyunun özündən zövq alırlar.
Yəni, oyun mükafatdan daha vacibdir.
Həmçinin alimlər aşkarlayıblar ki, kompüter oyunları insanı idarə olunmaz edirlər.
Comments are closed.