1 C
Baku
Saturday, December 14, 2024

“Ali&Nino” kitab evinin sahibi gömrüyün işindəki qeyri effektivlikdən şikayətlənib

Son illərdə Gömrük komitəsinin fəaliyyətində baş verən dəyişikliklər hər kəsin gözünün önündədir. Bu islahatlar zamanı kifayət qədər struktur dəyişiklikləri baş vermiş, monopoliya və digək bunun kimi mənfi halların çoxu demək olar ki aradan qaldırılmışdır. Bu işin təşkilatçısı kimi təbii ki, Gömrük Komitəsinin yeni rəhbərliyinin əməyi danılmazdır.

Lakin öz sahibkarlıq fəaliyyətləri ilə əlaqədar, daima gömrüklə əlaqədar işləyən   bir çox sahibkarın bildirdiyinə görə, problemlərin hələ bir qismi həll olmayaraq qalmaqdadır. Bunlara misal olaraq bu günlərdə sosial şəbəklələrdə “öz neqativ gömrük təcrübəsi” ilə bölüşən  “Ali&Nino” kitab evinin sahibi Nigar Köçərlini misal gətirmək olar. Onun sözlərinə görə, hazırda Gömrük komitəsi tərəfindən bir çox yeniliklər tətbiq edilsədə, onların bəziləri lüzumsuz yerə tətbiq edilir və hətta sahədə olan gömrük işçiləri bu və ya digər sənədin niyə görə tələb olunduğu sualına, onun arxasında hansı prosesin və məntiqin dayandığı sualına cavab verə bilmirlər. Buda son nəticədə prosesin süni şəkildə uzadılmasına, sahibkarların, həmdə sahədə olan gömrük işçilərinin işinə mənfi təsir edir. Bununlada digər qabaqcıl ölkələrdə dəqiqələrlə ölçülən proses, Azərbaycan gömrüyündə bir neçə günə həll edilir, nəticədə sahibkar kifayət qədər böyük vaxt itirirlər. Və bu vaxt itkisi öz növbəsində sonra qeyd edəcəyimiz cəriməlin  hesablanmasına gətirib çıxarır. Bu prosesin  indiki çətin dövrdə,  karantin dövründə hansı formada getməsini təsəvvür etmək belə çətindir.

“Ali&Nino” sahibinin bildirdiyini digər fakt isə tətbiq olunan cərimələrin yüksək olması ilə bağlıdır. Bəzən işin gedişatında həm gömrük tərəfindən, həmdə sahibkar tərəfindən ləngimələr olur. Bu isə son nəticəsə sahibkara cərimlərin yazılması ilə nəticələnir. Qeyd edək ki, bu cərimələrin məbləğ baxımdan həcmidə qonşu Rusiyada olandan 10 dəfədən artıq çoxdur. Bu cərimələrlə yanaşı, sahibkar həmçinin ləngiyən dövr ərzində öz mallarını Gömrükdə saxlamaq üçün əlavə ödəniş etməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər