22 C
Baku
Thursday, April 25, 2024

“Alipay” Avropada 10 milyon kiçik və orta sahibkarlara xidmət göstərəcək

Çinin e-ticarət şirkəti “Alibaba”nın ödəniş platforması olan “Alipay” növbəti 5 ildə Avropada 10 milyon kiçik və orta sahibkarlara xidmət göstərməyi hədəfləyir.

 “Worldline” ilə əməkdaşlığını genişləndirən “Alipay”in Asiyadakı elektron pulqabı tərəfdaşları, şirkətin satış nöqtəsi olan Avropadakı müəssisələrdə də ödənişləri qəbul edəcəklər.

“Alipay” hazırda Avropada 120-dən çox maliyyə qurumu ilə işləyir və böyümə imkanlarından istifadə etmək üçün turizm agentlikləri və üçüncü tərəf xidmət təminatçıları ilə əməkdaşlıq etməyə davam edəcək.

“Statista”nın məlumatına görə, 18-69 yaş aralığındakı Çinlilərin 87%-i maliyyə ehtiyaclarını ödəmək üçün “Alipay”dən istifadə edir. Həmçinin “Alipay” Asiya-Sakit Okean bölgəsindəki e-pulqabı tərəfdaşları ilə birlikdə 1,2 milyarddan çox istifadəçiyə xidmət göstərir.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər