5 C
Baku
Monday, December 23, 2024

“Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq”

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu sahədə qanunsuz sahibkarlığı aradan qaldırmağa töhfə verəcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdiyi komitənin iclasında – “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu yenilik uçot məsələsinin qaydaya salınmasına, istehsalçıların maraqlarının qorunmasına da imkan verəcək. Keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilər insan sağlamlığına mənfi təsir göstərir. Bu qanun layihəsinin məqsədlərindən biri də xəstəliklərin azalmasıdır”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər