5 C
Baku
Wednesday, January 29, 2025

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşir

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əlavə edilən yeni – 29-1-ci maddədə əksini tapıb.

Qanuna əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər