21 C
Baku
Tuesday, October 8, 2024

“Allaha məktub”

6 yaşlı finlandiyalı qızcığaz Helqa Hiltunen Yeni il öncəsi Allaha məktub yazaraq ondan 100 mark diləyir. Finlandiya qanunlarına əsasən qeyri-düzgün ünvanlı məktubları respublika prezidentinin açaraq oxumaq hüququ var. 

Beləliklə, Allaha müraciətlə yazılmış məktub 1958-1982-ci illərdə uğurla ölkəni idarə etmiş Urho Kaleva Kekkonen-ə ünvanlanır. Kekkonen qızcığazın diləyini yerinə yetirmək qərarına gəlir, lakin belə düşünür ki, ona 50 mark da kifayət edər. O cavab məktubunu və pulu qıza öz maşınında göndərməyi əmr edir. Tezliklə prezidentin ofisinə Helqadan növbəti məktub daxil olur. O yazırdı ki, bütün məhəllə onların evinin yanında dayanmış prezident avtomobilini seyr edirdi. Helqa həmçinin Allaha müraciətlə yazmışdı ki, bir daha heç kimə pulu prezident vasitəsilə göndərməsin. Çünki prezident pulun yarısını oğurlayıb.

Son xəbərlər
Digər xəbərlər