21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Allahşükür Paşazadə Nobel mükafatına namizəd oldu

Screen Shot 2021 09 02 at 14.34.20
Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Mediapost.az-a açıqlamasında bu il Azərbaycandan cəmi bir namizədin təqdim olunduğunu bildirib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib. Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.
Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər